Gürcüstanda son sutkada koronavirusa 513 yeni yoluxma halı təsdiqlənib, 96 nəfər müalicə olunaraq sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 273 650-yə, sağalanların sayı isə 267 111-ə çatıb.

Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 12 nəfər artaraq 3 613-ə yüksəlib.