Çində 26 mərtəbəli bina yanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Şicazuanq şəhərində olub. Zirzəmidən başlayan yanğın bütün binanı bürüyüb.

Panika yaransa da, binadakı insanların hamısı evakuasiya olunub. Ölüm faktı qeydə alınmayıb. Bir neçə nəfər yüngül dərəcəli xəsarət alıb. Binanın böyük hissəsi isə yanaraq yararsız vəziyyətə düşüb.