Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Batman bölgəsində yaşanıb. Belə ki, şagirdləri daşıyan servis avtobusu uçuruma yuvarlanıb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 22 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda qəzanın səbəblərinin aşkarlanması istiqamətində araşdırmalar davam etdirilir.