Türkiyədə koronavirusa qarşı vaksinasiyadan keçənlərin sayı 10 milyon 300 mini ötüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O qeyd edib ki, hazırda ölkənin müxtəlif bölgələrində vaksinasiya prosesi sürətlə davam etdirilir və indiyə kimi 10 300 000 nəfərdən çox insan vaksin olunub.