Yanvar ayında təyyarədə yaranan nasazlığa görə təcili eniş edən pilot Antonio Sena meşədə itkin düşüb. 

Unikal.org xəbər verir ki,  Braziliyalı pilotdan 36 gün xəbər almaq mümkün olmayıb. O, təyyarə tamamilə yandığı üçün heç kimlə əlaqə saxlaya bilməyib. Beləliklə, Amazon meşəsində tək başına qalan Antonio meşədə tapdığı bitkiləri yeyərək, sağ qalıb. 

Braziliya xilasedicilərinin  axtarış və xilasetmə işləri nəticəsiz qalıb.  Bundan sonra onlar, pilotun yanaraq öldüyünü  təxmin edərək, axtarışı ləğv edib. Lakin pilot uzun yol qət edərək, qəsəbəyə çatıb. Bundan sonra o, aidiyyatı qurumlarla əlaqə saxlayıb.