Ermənistan baş baziri Nikol Paşinyan Artak Davtyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edilməsi qərarını prezident Armen Sarkisyana göndərib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, qərarın rəsmiləşməsi üçün prezidentin onu imzalaması mütləqdir.

Qeyd edək ki, Artak Davtyan 24 May 2018-ci il tarixdən 8 iyun 2020-ci ilədək silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsində çalışıb. 16 iyul 2020-ci il tarixində Ermənistan Respublikası baş nazirinin qərarı ilə Ermənistan Respublikası Hərbi Sənaye Komitəsinin sədri təyin edilib. 11 noyabr 2020-ci ildə təqaüdə çıxıb.