Ermənistanda müxalifət parlamentin fəaliyyətini blok etmək üçün binanın bütün giriş və çıxışlrının canlı qüvvə ilə bağlanmasına çağırış edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hakim "Mənim addımım" blokunun deputatları müxalifətin bloklamasına baxmayaraq parlamentin fəaliyyətini davam etdirdiyini bildiriblər.

Qeyd edilir ki, hazırda deputatlar binaya əsas qapıdan girib-çıxa bilmirlər. Lakin təsərrüfat məqsədləri üçün nəzərdə tutulmuş arxa qapıdan parlamentə daxil olmaq mümkündür.