Braziliyada son sutka ərzində daha 79 876 nəfərin koronavirus infeksiyasına yoluxması, 2286 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 202 305 nəfər yoluxub. Bu müddət ərzində 270 656 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 913 739 xəstə müalicə olunaraq sağalıb.