Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 118 milyon 638 min 111 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 632 min 075 nəfərdir. İndiyədək 92 milyon 251 min 029 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 433 992 nəfər koronavirusa yoluxub, 7413 pasiyent dünyasını dəyişib.