Rusiyanın Moskva şəhərində yerləşən "Vnukovo" hava limanında insident yaşanıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Afrika ölkələrindən birinin vətəndaşı olan şəxs hava limanı əməkdaşına rüşvət verməyə çalışıb. O, saxta sənədlərlə başqa bir həmyerlisini qanunsuz olaraq nəzarətdən kənar formada keçirməyə cəhd edib.

Nəticədə insident yaranıb. Həmin şəxs saxlanılıb. Araşdırma başladıldığı bildirilib.