Qırğızıstan parlamenti referendum tarixini təyin edib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Qırğızıstanın qanunverici orqanı ölkədə ümumxalq səsverməsi keçirilməsinin tarixini müəyyən edib.

Qərara əsasən, 11 aprel 2021-ci ildə Qırğızıstanda referendum keçiriləcək. Deputatlardan 94-ü lehinə, 6-sı əleyhinə səs verib.

Referendumun keçirilməsinin səbəbi yeni konstitusiya layihəsinin səsverməyə çıxarılmasıdır. Yeni konstitusiyada bir sıra əsaslı dəyişikliklər mövcuddur.