Rusiyada son bir gündə daha 9 270 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 360 823 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 459 nəfər artaraq 90 734-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 959 533 nəfər sağalıb.