Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Suriyanın keçmiş hökumət başçısı Riyad Hicabla görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə rəsmi "Twitter" səhifəsində məlumat verib.

Görüş Çavuşoğlunun Qətərə səfəri çərçivəsində paytaxt Doha şəhərində keçirilib. Suriyadakı hazırki vəziyyət əsas müzakirə mövzusu olub. Qarşılıqlı fikir mübadiləsi aparılıb.