Cənub-Şərqi Asiya ölkəsi olan Kambocada koronavirusdan ilk ölüm halı qeydə alınıb. 

Unikal.org xəbər verir ki,  Kamboca Səhiyyə Nazirliyindən edilən açıqlamaya görə, 50 yaşlı  şəxsdə  koronavirus aşkarlanıb. Bundan sonra o, xəstəxanaya yerləşdirilib. Lakin edilən müdaxilələrə baxmayaraq, onun həyatını  xilas etmək mümkün olmayıb.  

Bildirək ki, ölkədə  2020-ci ildən bəri karantin hökm sürür. Koronavirus qaydalarını pozan şəxslər həbs olunur. Bununla yanaşı Kambocada indiyə kimi 1163 nəfər koronavirus infeksiyasına yoluxub.