Gürcüstan martın 13-də yeni növ koronavirus (COVID-19) əleyhinə “AstraZeneca” vaksininin ilk partiyasını qəbul edəcək.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə şənbə günü Gürcüstan 43 200 doza vaksin qəbul edəcək.