Ermənistan mətbuatında prezident Armen Sarkisyanın Artak Davtyanın baş qərargah rəisi təyin edilməsi ilə bağlı Paşinyanın qərarını imzalamaq üçün şərt irəli sürdüyü haqqında məlumatlar yayılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Armen Sarkisyan qərarı imzalamaq üçün Paşinyan və müxalifət qüvvələri arasında ümumi razılaşma əldə olunması, erkən parlament seçkilərinin dəqiq tarixinin müəyyən olunması şərtini irəli sürüb.

Qeyd edək ki, Armen Sarkisyan bu gün qərarın imzalanmasından imtina edib və Nikol Paşinyana geri göndərib.