Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmmədlə görüşüb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Görüş Çavuşoğlunun Qətərə səfəri çərçivəsində gerçəkləşdirilib. Tərəflər Körfəzdəki vəziyyəti, ikitərəfli münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.