Sivaslı ayaqqabı ustası Həsən Hüseynli illərdir məşğul olduğu işi ilə gündəm yaradıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir, o, ölən insanların fotolardan ibarət evində sərgi açıb. Belə ki, Həsən usta ölən şəxsləri bir-bir araşdıraraq fotoları toplayır. O, indiyə kimi 3 minə yaxın foto yığıb. Həsən ustanın sözlərinə görə, o bu məşğuliyyəti övladlarına vəsiyyət edib.