İranın keçmiş müdafiə naziri Hüseyn Dehqan cari ilin iyununda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə H.Dehqan jurnalistlərə məlumat verib. O deyib ki, İranda hərbçinin prezident seçkilərində iştirak etməsi heç də təəccüb doğurmamalıdır. Hərbçilər dəmir intizama və böyük cəsarətə malik olduqları üçün dövləti də nizam-intizam və cəsarətlə idarə edə bilərlər. İranda bütün peşə sahibləri prezident seçkilərində iştirak etmək hüququna malikdirlər.

H.Dehqan 2013-2017-ci illərdə İranın müdafiə naziri vəzifəsində çalışıb. Sonra o, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub.