Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Los-Angeles Ali Məhkəməsinin baş konsul Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad olunması barədə qərarına etiraz edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə XİN açıqlama yayıb.

“Kaliforniya qubernatoru Qavin Nyusomun qərardan apellyasiya şikayəti verməməsini hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”, -deyə məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyənin ABŞ-ın Los-Angeles şəhərindəki baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib. Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən Salibanın Livandakı vətəndaş müharibəsində öldürüldüyü məlum olub.