Ermənistan müxalifətinin birləşdiyi “Vətənin qurtuluşu hərəkatı” ölkədəki vəziyyətin stabilləşməsi üçün prezident Armen Sarkisyanla görüşə hazırdır.

Unikal.org “TASS”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, hərəkatın üzvləri prezident, baş nazir və parlament fraksiyaları ilə görüşməyə hazırdır. Müxalifət fəalı deyib ki, görüş yalnız baş nazir Nikol Paşinyanın istefası barədə yol xəritəsini müzakirə etmək üçün keçirilə bilər.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanı, parlament fraksiyalarının liderlərini və “Vətənin xilası hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə çağırıb.