Misirin şimalındakı Kalyubiyyə şəhərində fabrikdə yanğın baş verib.

Unikal.org xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 24-ü yaralanıb.

Bildirilib ki, yanğın dördmərtəbəli fabrik binasında qeydə alınıb. Hadisə yerinə 10 təcili tibbi yardım, 15 yanğınsöndürmə maşını cəlb edilib.

Yanğının səbəbi hələlik bilinmir. Nəzarət altına alınan yanğında soyutma işləri davam edir. Ətrafdakı binaların təhlükəsizliyi üçün texniki komitə yaradılıb.