Bərdə rayonunda yanğın hadisəsi olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 100 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;