Xəbər verdiyimiz kimi, Bakıda hərbi geyimli şəxs intihara cəhd edib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, həmin şəxsi polis əməkdaşları çətinliklə ölümdən xilas ediblər. Hələki onun hərbiçi və ya mülki şəxs olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır.

***15:15

Bakıda hərbi geyimli şəxs intihara cəhd edib.

Unikal.org xəbər verir ki, bir neçə dəqiqə əvvəl 20 Yanvarda körpünün üstündə hərbi geyimli bir şəxs intihara cəhd edib. Hadisə yerində olan polislər cəhdin qarşısını ala bilib. İntihara cəhd edən şəxs ərazi üzrə polis idarəsinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır.