Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanıb.
Unikal.org-un məlumatına görə, 1 saylı Cəzaçəkmə Müəssisəsində sərəncam 14 nəfərə şamil olunub.
Onlardan 13 nəfəri azadlığa buraxılıb, 1 nəfərin isə cəzası azaldılıb. Azadlığa buraxılan məhbuslardan biri Rusiya vətəndaşıdır.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.