“Azərişıq” ASC Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Bu barədə Unikal.org-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səhmdar cəmiyyətinin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq ediləcək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.
Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.
"İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.