Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Unikal.org xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən 26 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.
Daha 14 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb.
FOTOLAR: Müzəffər İsmayilov