Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, əfv olunanlar arasında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirli bilinən Kamerunlu Tuani Alfonso da var.

O törətdiyi cinayətə görə 7 illik həbs cəzasına məhkum edilib. Xarici vətəndaş 5 il məhkumluq həyatı yaşadıqdan sonra əfv edilib.

Qeyd edək ki, o, böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Famil Fərhadoğlu