Quba rayonu, Alekseyevka kənd kənd tam orta məktəbində müəllimdə koronavirus aşkar olunub.

Unikal.org xəbər verir  ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızının həyat yoldaşında COVID-19 aşkar edildiyindən, o da test verib və nəticəsi pozitiv çıxıb:

"Bu səbəbdən 19 mart 2021-ci il tarixindən 2 aprel 2021-ci il tarixədək məktəbdə tədris distant təhsil şəklində tədris olunacaq. Hazırda müəllim həkim nəzarətində müalicə olunur".