Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunaraq 15 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Zakir Mustafayevi qarşılamağa onun 5 yaşlı övladı gəlib.

Unikal.org xəbər verir ki, 5 yaşlı Əliəsgər Mustafayevin cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan atasını boynuna sarılaraq qucaqlaması ətrafdakı insanların göz yaşlarına səbəb olub.

Ailəsinin sözlərinə görə, 2015-ci il təvəllüdlü Əliəsgər Mustafayev atası həbs olunan zaman 4 aylıq olub.

Qeyd edək ki, Z.Mustafayev 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuşdu.

Fotolar: Müzəffər İsmayılov