İspaniya La Liqasının 28-ci turunda baş tutan "Real Sosyedad" - "Barselona" (1:6) oyununda Lionel Messi daha bir rekordu qırıb.
Unikal.org xəbər verir ki, argentinalı ulduz La Liqada 511-ci oyununa çıxaraq "Real"ın qapıçısı İker Kasilyasın göstəricisini (510 oyun) keçib.
Qeyd edək ki, Messi bu göstərici ilə 7-ci pilləyə yüksəlib. La Liqada ən çox oyun keçirən oyunçu "Barselona"nın keçmiş qapıçısı Andoni Subisarretadır (622).