Bu gün saat 15:50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

Bu barədə Unikal.org “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.