Həbsdə olan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib. 

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, o, günahsız yerə həbs edildiyini, 3 ildir qanunsuz həbsdə saxlandığını və əziyyət çəkdiyini qeyd edib.

"Quska" səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını bildirib.

Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətlisizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib.