Bakının Sabunçu rayonunda avtomobil işıq dirəyinə çırpılıb.

Unikal.org xəbər verir ki, hadisə aeroport şosesində baş verib.

Nicat Ağayev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. İdarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.