Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.