"Vaksinlənən insanların çox az hissəsi yenidən yoluxur".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsi zamanı TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

"Koronavirus əleyhinə vaksin olunanların çox az hissəsinin yenidən COVID-19-a yoluxduğu görülür. Amma bu insanların xəstəliyi çox yüngül keçirdiyi müşahidə olunur və heç bir ağır hala rast gəlinmir", - deyə R.Bayramlı söyləyib.