Ermənistanda son sutka ərzində 590 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 196 634 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3592-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 921 nəfərdir. Aktiv xəstələrin sayı 16 112 nəfər təşkil edir.