ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədəki seçki saxtakarlıqlarını sübut edəcəyinə söz verib.

Unikal.org  xəbər verir ki, sabiq prezident bu barədə Pasxa bayramı münasibətilə tərəfdarlarına ünvanladığı təbrikdə bildirib.

Tramp Co Baydenə məğlub olduğu seçkilərdə irimiqyaslı saxtakarlıqların müşahidə edildiyini deyib. O, həmçinin Amerika KİV-lərini tənqid edərək, səsləndirdiyi iddiaları sübut edəcək dəlillərə sahib olduğunu diqqətə çatdırıb.