Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.
Məlumata görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.
Qeyd edək ki, M.Meoni 2019-cu ilin dekabrından bu vəzifəni icra edirdi.