Əkrəm Əylisliyə xalq etirazı
12:47 01-02-2013
CƏMİYYƏT
Əkrəm Əylisliyə xalq etirazı
Xalq yazıçısı titullarını itirə bilər
Əkrəm Əylislinin “Daş yuxuları” əsəri cəmiyyətdə ciddi rezonans yaratmaqdadır. Artıq ziyalılar, millət vəkilləri,ictimai-siyasi xadimlər yazıçının bu addımını xəyanət dərəcəsində dəyərləndirirlər. YAP rəsmisi isə Əkrəm Əylislini ermənisoylu adlandırıb.
“Əkrəm Əylislinin “Daş yuxuları” əsəri müasir Azərbaycan ədəbiyyatına ləkədir. Yazıçının bu dərəcədə haqsız və təhrifçi olmasını təsəvvür etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli qədər nifrət edən ikinci bir yazıçı tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycan xalqını aşağılayan, ona böhtan atanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Səhv etmirəmsə Əkrəm Əylisli vaxtilə İstiqlal ordeni ilə təltif edilib və yol verdiyi yaramazlıqdan sonra İstiqlal ordeninə də haqqını itirib”. Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov hakim partiyanın saytına Əkrəm Əylislinin “Daş yuxuları” əsərinə münasibət bildirərkən söyləyib.
Əli Əhmədov qeyd edib ki, görünür Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur.
“Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Azərbaycanlılara bu qədər böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin, Xocalıda amansızlıqla qırılanların fəryadını isə eşitməyəni azərbaycanlı adlandırmaq olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin dərk etmək qabilliyyəti pozulub. Yəqin ki, belə deyil. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə qenetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib. Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan zərbədir”- deyə, YAP-ın Sədr müavini bildirib.
“Belə qəhrəmanlığı
Əkrəm Əylisliyə heç
yaraşdırmadım”
Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yazıçı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanına münasibət bildirib.
Azay Quliyev romanla bağlı belə deyib:”Əkrəm Əylislinin "Daş Yuxular" romanı haqqında oxuduğum qısa tezislər mənə Koroğlu adını almaq həvəsilə öz atasının gözünü çıxardanları xatırlatdı. Məlum olduğu kimi, camaat bu cür "qəhrəmanları" "Koroğlu" yox, "kor kişinin oğlu" deyə çağırdılar. Öz millətinin gözünü çıxartmağı və erməni qəhrəmanı olmağı xalq yazıçısı Əkrəm Əylisliyə heç yaraşdırmadım”.
“Əkrəm Əylisinin abidəsini Andronikin heykəlinin yaxınlığında qoyacaqlar”.
Millət vəkili Səyavuş Novruzov isə daha maraqlı açıqlama ilə çıxış edib:-” Əsərin böyük hissəsini oxumuşam və onun məğzi barədə məlumatım var. Deyim ki, bütövlükdə erməni yazıçıları birləşsəydi və Qarabağ hadisələri zamanı ermənilərin qarşılaşdığı hadisələrə dair əsər yazsaydılar, bunu Əkrəm Əylislinin ifadələri şəklində, bədiiləşdirilmiş formada belə yaza bilməzdilər. Bir Əylis hadisəsi ilə Əkrəm Əylisli 1918-ci ildən bu günə qədər ermənilərin bizə qarşı qondarma iddialarını təsdiqlədiyini ortaya qoydu. İllərdir ermənilər bizi barbar, vəhşi, qəddar kimi dünyaya təqdim etmək istəyirlər. Əkrəm Əylisli bu əsərlə bizi əsassız olaraq barbar adlandırır. Artıq düşünürəm ki, ermənilər yaxın vaxtlarda Əkrəm Əylisinin abidəsini Andronikin heykəlinin yaxınlığında qoyacaqlar”.
”Bu sətirləri yazanın
qanında mütləq
erməni qanı olmalıdır”
Bununla bağlı tanınmış ziyalılardan olan Aydın Heydərovda maraqlı açıqlama verib: -“ Azərbaycan xalqını bu səviyyədə aşağılayan belə qələm sahibinə sadəcə nifrət edirəm. 20 ildən çox bir müddətdə Azərbaycan torpaqlarını işğal edən, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları vəhşiliklə torpaqlarından qovub, genən məhv etməyə çalışan, Xocalı faciəsi kimi faciə törədən, anabətnində ki, körpəni öldürən, insanları dəmir borulara doldurub torpaqda basdıran ermənilərin bu hərəkətləri niyə o kitabda yada salınmır? Əkrəm Əylislinin yanında nə zaman “yerazlar” erməni öldürüb? Nə əcəb onda o, doğmalarının öldürülməsinin qarşısını almayıb? Mən tam əminliklə deyə bilərəm ki, bu insanın qanında erməni qanı var. Çünki başqa cür mümkün deyil. Özü iddia edir ki, Əylisdə ermənilər yaşayıb. Kim deyə bilər ki, buda o ermənilərdən biri deyil? Belə olmasaydı bu şəkildə ermənilərə yaltaqlanmaq olardımı?
Əkrəm Əylisli yazısında, özündən böyük qələt edərək “yeraz” –damğası ilə qərbi azərbaycanlıları bir vəhşiyə bənzədir və qəddar qaniçən kimi təsəvvür edir. Özüdə ermənilərlə müqayisədə. Əkrəm Əylisli tutalım məni, səni, onu fərd olaraq təhqir bele etsəydi buna o qədər önəm vermək olmazdı. Amma o heç bir şərəfə sığışmayan addım ataraq azərbaycanlı toplumunu təhqir edib. Bu cür yaramaz addımlar isə cavabsız qalmamalıdır. Mən demirəm kimisə asmaq-kəsmək lazımdır. Yox, amma bir milləti təhqir edən yaramazları cəmiyyətdə elə bir ictimai qınağa gətirmək lazımdır ki, o təhqir etdiyi qadının elə öz ailə qadını olduğunu, təhqir etdiyi insanın elə öz soyu olduğunu anlasın. Əslində mən onu kimi adamların soy-kökünün təmiz olmasına da inanmıram. Çünki o bütün əsərlərində sətiraltında qadınların bir xəyanət hissini yaşadır. Görünür bu onun çoxdankı şəxsi problemidir”. Aydın Heydərov sonda bunu da bildirdi ki, yüz minlərlə qərbi azərbaycanlı doğma torpaqlarından məhz ermənilərə görə qovulub, minlərlə oğlumuz ermənilərlə döyüşlərə görə şəhid olub. Bu gün isə Nataşaların qucağında mürgü vuran hansısa “ziyalı” və ya ziyanverici erməni mərdliyindən yazır. Belə insanlara tək bir sözüm var: -“Nataşaları ilə xoşbəxt olurlar olsunlar, onları müqəddəs ailə, ana hesab edirlər etsinlər. Amma unutmasınlar ki, azərbaycanlı anaları,qadınları və insanları hər zaman dəyərləri gözləyiblər,özgələrindən fərqli olaraq. Birdə sonda bunu demək istəyirəm ki, Əkrəm bildirir ki, bu əsəri ilə ermənilərlə dostluq körpüsünü yaradır. Amma bunu anlamır ki, özünü tərbiyyəsiz,əxlaqsız yerində təsəvvür edib, erməniyə müqəddəs baxmaqla körpü yaradılmır. Əkrəm Əylisli namus və əxlaqını bu əsərində nədənsə ermənilərə peşkəş verdi”.
Əkrəm Əylislinin evi
yumurta atəşinə tutuldu
Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri Xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirib.
Polisin əvvəlcə müdaxilə etmədiyi aksiyada YAP-çı gənclər yazıçının “Daş yuxular” romanına etirazlarını bildiriblər. Aksiyada yazıçının ünvanına “Ölkədən cəhənnəm ol!”, “Erməni Əkrəm, çıx ölkədən!” kimi şüarlar səsləndirilib. Gənclər Əkrəm Əylislinin şəklini də yandırıblar, onun evinə yumurta atıblar.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44