İtaliyanın Sicilya bölgəsinin"Castiglione" ərazisində yaşayış evləri 1 avrodan satışa çıxarılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 1900-cü ildə 14 minə yaxın əhalisi olan bölgədə hazırda 3 min sakin yaşayır.

Əhali sayını artırmaq üçün evlər ucuz qiymətə təklif edilir. Təmiri yüksək səviyyədə olan mənzillərin qiyməti isə 4-5 min avro arasında müəyyən edilib.