Səudiyyə Ərəbistanı sərhədlərini açacaq. Mayın 17-dən etibarən vətəndaşların digər ölkələrə səyahət məhdudiyyətləri ləğv ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"17 may 2021-ci ildə yerli vaxtla saat 01:00-dan etibarən vətəndaşlar üçün səyahət məhdudiyyətləri ləğv ediləcək və digər ölkələrlə su, quru və hava əlaqələri açılacaq", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, bildirilib ki, əcnəbilər Səudiyyə Ərəbistanına gəldikdən sonra burada 14 günlük karantində qalmalı olacaqlar.