Co Baydenin Pxenyanı nüvə proqramı ilə bağlı ciddi təhdid etməsi böyük səhvdir.
Unikal.org xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə nümayəndəsi Kvon Yonq Qun deyib.
“Baydenin açıqlamaları ABŞ-ın Şimali Koreyaya qarşı düşmən siyasət yeritməyə niyyətli olduğunu göstərir. ABŞ nəzarət edə bilməyəcəyi daha pis böhranla üz-üzə qalacaq”, - Qun bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Şimali Koreyanın nüvə proqramını qlobal təhlükəsizlik üçün ciddi təhdid adlandırmışdı.