Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.

Unikal.org xəbər verir ki, 84 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Asiman Qurbanlı gümüş medal qazanıb. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibə verilib.

Bundan əlavə, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək bürünc medala sahib olub.