Mayın 3-dən 12-dək Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini dayandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası tərəfindən qərar qəbul edilib.

Qərarda qeyd edilib ki, infeksiyanın yayılmasına qarşı daha təsirli mübarizə aparmaq məqsədilə bu addım atılıb.

Qadağanın taksilərə və şəhərlərarası daşınmalara təsiri olmayacaq.

Əlavə olaraq, bildirilib ki, ölkə ərazisində 4-11 may tarixləri istirahət günü olacaq. Özəl və dövlət qurumlarının işçilərinə məsafədən işləmək tövsiyə olunub.