Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.

Unikal.org xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.

***12:51

"Mənim addımım” bloku parlamentin növbədənkənar iclasında Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Unikal.org erməni KİV-lərinə  istinadən xəbər verir ki, "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.

Onun sözlərinə görə, qanunvericilik bunun üçün yalnız bir imkan verir - parlament baş naziri iki dəfə seçməməlidir. "Mənim addımım" bloku məhz bu məqsədlə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Qeyd edək ki,  Paşinyan 25 apreldə istefasını elan edib.