Rusiyada son sutka ərzində koronavirusa 8489 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 606 162 nəfərə çatıb.

Rusiyada son bir gündə 336 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 111 198 nəfərdir. İndiyədək 4 450 289 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.