Çində Se adlı bir atanın boşandığı həyat yoldaşı arasındakı mübahisəyə son qoymaq üçün 2 yaşlı oğlunu 41 min manata satdığı ortaya çıxıb.
Unikal.org xəbər verir ki, hadisə Zhejiang əyalətində qeydə alınıb. Belə ki, övladlarının ortada qalmasından narahat olan ata onu satmaqla sonladırıb. Həmin əyalətdə yaşayan şəxslərə 41 min manata satan atanın cinayəti tezliklə ortaya çıxıb.
Ana övladını itkin düşməsi ilə bağlı polisə müraciət edib. Bundan sonra çinli polis tərəfindən dindirilib. O, övladını satdığını rahatlıqla dilə gətirib. Bundan sonra şəxs saxlanılaraq, barəsində qətimkan tədbiri seçilib.