Tacikistanla sərhəddəki qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 36 nəfərə çatıb, 189 şəxs yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Eliza Soltonbekova bildirib. Onun sözlərinə görə, 100 nəfər hələ də xəstəxanadadır.
Qeyd edək ki, 29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı münaqişə iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib.
Hər iki tərəfdən təxminən 50 nəfər ölüb, 200-dən çox insan yaralanıb. 29 aprel axşam tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəlsələr də, ertəsi gün yenidən atışma olub. 30 apreldə yenidən tərəflər atəşkəs barədə razılığa gəlib və Tacikistan hərbçiləri 1 mayda Qırğızıstan ərazisini tərk edib.