Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 20 nəfər həlak olub.

Unikal.org-un məlumatına görə, bu barədə Mexiko şəhərinin meri Klaudiya Şeynbaum deyib.

Onun sözlərinə görə, 49 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 7 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, Mexiko metrosunda yanvar ayında da ciddi qəza baş vermişdi. Həmin hadisə nəticəsində 1 nəfər həlak olmuş, 29 nəfər xəsarət almışdı. Qəzadan sonra Mexiko metrosu 3 gün fəaliyyətini dayandırmışdı.